Bank Of Baku

Türkiyə yığmasının üzvü vəfat edib

Türkiyə yığmasının üzvü vəfat edib
# 09 mart 2011 08:01 (UTC +04:00)
Bakı – APA. “Qalatasaray” komandasının voleybolçusu Ayşe Himmetoğlu dünyasını dəyişib. Apasport.az saytının məlumatına görə, gənclərdən ibarət Türkiyə yığmasının formasını da geyinən 16 yaşlı Himmetoğlu beyninə qan sızmasından vəfat edib.
Voleybolçu ötən həftə bu diaqnozla əməliyyat edildiyi “Kozyatağı Acıbadəm” xəstəxanasında canını tapşırıb.
Qeyd edək ki, Ayşe Türkiyə voleybolunun son illərdə yetişdiyi ən perspektivli oyunçulardan hesab edilirdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR