Bank Of Baku

Azərbaycanda yeni milli komanda yaradıldı

Azərbaycanda yeni milli komanda yaradıldı
# 10 mart 2011 09:24 (UTC +04:00)
Bakı - APA. Basketbol üzrə oğlanlardan ibarət yeni Azərbaycan yığması yaradılıb. Bu barədə apasport.az saytına Basketbol Federasiyasının icraçı direktoru Rüstəm Rüstəmov verib.

Onun sözlərinə görə, ölkədə idmanın bu növünü inkişaf etdirmək üçün U-14 komandası fəaliyyətə başlayıb. Yığmaya ölkə birinciliyində “Makkabi” klubunu çalışdırmış Pavel Leksutov rəhbərlik edəcək.

Yeni yaradılan komanda isə ilk imtahanına sabah çıxacaq. Basketbolçularımız Gürcüstan yığması ilə qarşılaşacaq. Heydər Əliyev adına İdman-Konsert Kompleksində baş tutacaq oyun saat 18:00-da start götürəcək. Pavel Leksutovun yetirmələri martın 12-də isə gürcülərlə növbəti görüşə saat 16:30-da çıxacaqlar.

Qeyd edək ki, Leksutovun baş məşqçi işlədiyi “Makkabi” U-14 liqasının son qalibidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR