Bank Of Baku

“Rabitə BAKI” qadın voleybol komandası 2011 Çempionlar Liqasının “Dördlər finalı”nda yarımfinal oyununu martın 19-da keçirəcək - FOTOSESSİYA

“Rabitə BAKI” qadın voleybol komandası 2011 Çempionlar Liqasının “Dördlər finalı”nda yarımfinal oyununu martın 19-da keçirəcək - <font color=red>FOTOSESSİYA</font>
# 15 mart 2011 09:16 (UTC +04:00)
Bakı – APA. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin himayəsində olan “Rabitə BAKI” qadın voleybol komandası yüksək peşəkarlıq göstərərək artıq “Dördlər finalı”na vəsiqə qazanıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Voleybol Dünyasının ən güclü klub turniri hesab olunan Çempionlar Liqasının “Dördlər Finalı” 19-20 mart tarixlərində Türkiyənin İstanbul şəhərində “Burhan Felek Voleybol Salonu”da keçiriləcək.

CEV Çempionlar Liqası turnirinin yarımfinalında “Rabitə BAKI”-nın rəqibi İtaliya çempionu “Scavolini PESARO” komandası olacaq. “Rabitə BAKI” - “Scavolini PESARO” görüşü martın 19-da yerli vaxtla saat 17:00-da “İdman Azərbaycan” kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Yarımfinal oyunlarında qalib gələn komandalar martın 20-də Çempionlar Liqası Kubokunu qazanmaq uğrunda mübarizə aparacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR