Bank Of Baku

Azərbaycan yığması Bişkekdə ikinci qələbəsi qazanıb

Azərbaycan yığması Bişkekdə ikinci qələbəsi qazanıb
# 18 mart 2011 14:57 (UTC +04:00)
Bakı – APA. Basketbol üzrə kişilərdən ibarət Azərbaycan millisi Bişkekdə keçirilən beynəlxalq turnirdə ikinci qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, ilk görüşdə Qırğızıstanın klublar yığmasını məğlub edən komandamız bu gün Qazaxıstan təmsilçisi “Okjetpes”lə qarşılaşıb. Oyun 138:72 hesabı ilə basketbolçularımızın xeyrinə başa çatıb.

Qeyd edək ki, yığmamız sabah istirahət edəcək. Martın 20-də isə Qazaxıstanın “Kaspiy” klubu ilə qüvvəsini sınayacaq. Bundan 1 gün sonra isə rəqibimiz Qırğızıstan millisi olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR