Bank Of Baku

Azərbaycan kuboku ləğv olundu

Azərbaycan kuboku ləğv olundu
# 01 aprel 2011 10:15 (UTC +04:00)
Bakı – APA. Qadın voleybolçular arasında ötən illə müqayisədə bu mövsüm Azərbaycan kuboku keçirilməyəcək. Apasport.az saytının məlumatına görə, Voleybol Federasiyası kubokun əvəzinə Şamil Şamxalovun xatirəsinə həsr olunmuş turnir təşkil edəcək.

Aprelin 12-də start götürəcək yarışda Azərbaycan çempionatında mübarizə aparan 6 klub – “Rabitə”, “Azərreyl”, “Lokomotiv”, “Şirvan”, “İqtisadçı” və “Bakı” qüvvəsini sınayacaq. Turnirin qalibinin adı isə 4 gün sonra müəyyənləşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR