Bakıda keçirilən voleybol üzrə Çellenc Kubokunun final oyununu prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva izləyiblər
Turnirin final mərhələsində Azərbaycanın iki komandası – “Azərreyl” və “Lokomotiv” mübarizə aparıblar. Komandalar arasında martın 29-da keçirilən ilk oyunda “Azərreyl” rəqibini 3:1 hesabı ilə məğlub etdib.
Xatırladaq ki, klublarımız Çellenc Kuboku yarışlarında Avropanın güclü komandalarını turnirdən kənarlaşdırmağı bacarmışlar. Belə ki, “Azərreyl” klubu turnirin birinci təsnifat mərhələsində Maltanın “Paola” (3:0, 3:0), ikinci təsnifat mərhələsində Yunanıstanın “Markopoula” (3:0, 3:0), onaltıdabir mərhələdə Yunanıstan “Olimpiakos” (3:0, 3:0), səkkizdəbir mərhələdə Ukraynanın “Ximik” (3:0, 3:0), dörddəbir mərhələdə Finlandiyanın “Salo” (3:2, 3:0), yarımfinalda isə Rusiyanın “Uraloçka” komandasından (3:2, 3:1) üstün olub.
Finalda mübarizə aparan digər Bakı komandası “Lokomotiv” isə turnirə ikinci təsnifat mərhələsindən qoşulub və ilk rəqibi Rusiyanın “Omıçka” komandasını məğlub edib. “Lokomotiv” onaltıdabir final mərhələsində Avstriyanın “A. Linq-Steq” (3:0, 3:0), səkkizdəbir mərhələdə Kiprin “Apollon” (3:0, 3:0), dörddəbir mərhələdə Almaniyanın “Şveriner” (3:0, 3:2), yarımfinalda isə Bakının “İqtisadçı” komandasına (3:0, 3:2) qalib gəlib.
Final oyununu izləmək üçün prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Sərhədçi” Olimpiya İdman Mərkəzinə gediblər.
Görüşün ilk seti “Azərreyl” voleybolçularının üstünlüyü ilə başa çatdı – 30:28. İkinci hissədə “Lokomotiv” klubu “Azərreyl”dən üstün oldu (22:25) və setlərin hesabı bərabərləşdi. Ardıcıl olaraq iki setdə 25:13 və 25:17 hesablı qələbə qazanan “Azərreyl” klubu turnirin qalibi oldu.
Oyunu baş hakim ukraynalı Mixaylo Melnik, ikinci hakim türkiyəli Bayram Dikmentepe idarə ediblər.
Sonra təntənəli mükafatlandırma mərasimi olub.
Prezident İlham Əliyev və Mehriban Əliyeva idmançıları mükafatlandırmaq üçün arenaya daxil olublar.
Prezident “Lokomotiv” klubunun üzvləri və məşqçi heyəti ilə görüşüb.
Daha sonra dövlət başçısı final oyununun ən yaxşı oyunçusu seçilmiş “Azərreyl” komandasının, Azərbaycan yığma komandasının liberosu Valeriya Karatenkonu təbrik edib.
Avropa Voleybol Konfederasiyasının nümayəndəsi Viorel Manole ən yaxşı oyunçu seçilməsi münasibətilə V.Karatenkoya Kubok təqdim edib.
Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Vaqif Əliyev Viorel Manole ilə birlikdə “Lokomotiv” klubunun üzvlərinə gümüş medalları təqdim ediblər.
Sonra dövlət başçısı Çellenc Kubokunu qalib komandaya təqdim etdib və voleybolçuları qələbə münasibətilə təbrik etdib.
Azərbaycanın birinci xanımı da “Azərreyl” klubunun üzvlərini təbrik edib.
Əməkdar Məşqçi, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti, Azərbaycan yığmasının baş məşqçisi Faiq Qarayev “Azərreyl” klubunun üzvlərinə qızıl medalları təqdim edib.
Klubun üzvlərinə çələnglər təqdim olunub.
Azərbaycan voleybolunun inkişafına xüsusi töhfələrinə görə dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Avropa Voleybol Konfederasiyasının Kubokuna layiq görüldü. Kuboku Avropa Voleybol Konfederasiyasının vitse-prezidenti xanım Banu Can Şurman təqdim etdib.
Mükafatlandırma mərasimindən sonra qalib komandanın üzvləri prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ilə xatirə şəkli çəkdiriblər.
Xəbər Lenti
ABŞ Milli Kəşfiyyat Direktorunun Ofisində kütləvi ixtisarlar başlayıb
DÇ-26: Norveç Seneqalı məğlub etdi
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
DÇ-26: Fransa 3 xalı 3 qolla qazandı
“Ford” və “General Motors” şirkətləri “Patriot” və “Tomahawk” raketlərinin istehsalına başlaya bilərlər
Tramp İsrailin Livandan qoşunları çıxarmaq istəməməsi ilə bağlı məsələni həll edəcəyini bildirib
ABŞ Hörmüz boğazından tədarükün böhrandan əvvəlki səviyyəyə qayıtdığını açıqlayıb
Fransa İrana qarşı sanksiyaların ləğvini dəstəkləməyəcək
Tramp: İranın nüvə silahı inkişaf etdirməsinin qarşısını almaq qlobal böhrandan daha vacibdir
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
Aralıq dənizində 3,9 bal gücündə zəlzələ olub
DÇ-2026: Argentina Avstriyanı məğlub edib, Messi iki qolla tarixə düşüb
Qətər İranın dondurulmuş aktivlərinin xərclənməsinə nəzarət mexanizminin yaradılmasına kömək edəcək
Vens: ABŞ və İran arasında texniki danışıqlar davam edir
Messi dünya çempionatlarının bombardiri adını ələ keçirib
Türkiyədə təyyarənin enişdən sonra təkəri partlayıb, 186 sərnişin təxliyə edilib
İran və Türkiyə prezidentləri arasında telefon danışığı olub
BMT: İsrailin hücumları nəticəsində Livanın cənubunda 11 min ev dağılıb
Qara dənizdə Türkiyəyə məxsus gəmi hücuma məruz qalıb, yaralılar var
Ceyhun Bayramov türkmənistanlı həmkarı ilə iki ölkə arasındakı mövcud vəziyyəti müzakirə edib
Ukrayna Voronejdə "İskəndər" və "Kalibr"in hissələrini istehsal edən zavoda hücum edib, 5 nəfər ölüb - YENİLƏNİB2
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə gübrə yola salınacaq
Sahibə Qafarova BƏƏ Federal Milli Şurası sədrinin birinci müavini ilə görüşüb
İranın danışıqlar heyəti Omana səfər edib
“Fars”: AEBA müfəttişlərinin İrana qayıtması ilə bağlı heç bir müzakirə aparılmayıb
Ağdamda insan skeletinə bənzər qalıqlar aşkarlanıb
Emin Əmrullayev: Azərbaycan təhsilində ən çətin işlə məşğul olanlar müəllimlərdir, onların ehtiyaclarını anlamaq vacibdir - MÜSAHİBƏ
ABŞ dövlət katibi Körfəz ölkələrinə səfər edəcək
Aİ ölkələri Moldovanın bloka inteqrasiyasının dərinləşdirilməsi üzrə razılığa gəlib
Prezident İlham Əliyevin adından Sərdar Berdiməhəmmədovun şərəfinə dövlət ziyafəti verilib - FOTO
Qazaxıstan Prezidenti Brüsselə rəsmi səfərə gedib
QHT-lərin “bir pəncərə” prinsipi əsasında maliyyələşdirilməsinə dair qayda təsdiq olunub - YENİLƏNİB
Avropa Şurasının Bakı ofisinin rəhbəri Xarici İşlər Nazirliyinə çağırılıb
Göygöldə maşın aşıb, xəsarət alanlar var
Türkmənistanlı nazir DOST Mərkəzi ilə tanış olub
Bakıda 2 marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
Ortamüddətli dövr üçün hədəf göstəricilərinin müəyyən edilməsi Qaydası təsdiqlənib
Emin Əmrullayev dərsliklərdəki problemlərdən danışıb
Turizm mərkəzlərində dövlətə məxsus daşınmaz əmlakın icarəyə verilməsi qaydası müəyyənləşib
Azərbaycan vətəndaşları Gürcüstanda daimi yaşayan əcnəbilərin ilk beşliyindədir
Birinci nazir Kir Starmeri şimali irlandiyalılara qarşı ayrı-seçkilikdə ittiham edib
Qətərdə qaz emalı zavodunda partlayışda 13 nəfər ölüb, 66 yaralı var - YENİLƏNİB-1
Azərbaycanla Türkmənistan arasında gömrük sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
Gürcüstanda əcnəbilərin vahid reyestri yaradılır
Nazir müəllimlərin maaşlarının artırılmasının mümkünlüyünə münasibət bildirib
Netanyahu İsrailin lazım olduğu müddətcə cənubi Livanda qalacağını bildirib
Doktoranturaya qəbul olmaq istəyənlər imtahana buraxılış vərəqəsini çap edə bilərlər