Bank Of Baku

Bakının “Lokomotiv” komandasının baş məşqçisi Bolqarıstan yığması ilə müqavilə imzalayıb

Bakının “Lokomotiv” komandasının baş məşqçisi Bolqarıstan yığması ilə müqavilə imzalayıb
# 08 aprel 2011 11:35 (UTC +04:00)
Bakı – APA. Bakının “Lokomotiv” voleybol komandasının baş məşqçisi Draqutin Baltiçin may ayında Bakıdan gedəcəyi dəqiqləşib. Apasport.az saytının Bolqarıstan mətbuatına istinadən məlumatına görə, “dəmiryolçuları” bu mövsüm “Çelenc Cup”ın finalına yüksəldən mütəxəssis bu ölkənin milli komandası ilə müqaviləsini rəsmiləşdirib.

O, növbəti 3 ildə Bolqarıstan yığmasının baş məşqçisi postunda çalışacaq. Baltiçə bu postda isə Petr Doçev köməklik edəcək.

Qeyd edək ki, Draqutin razılaşmaya əsasən mayın 10-da Bolqarıstanda olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR