Bank Of Baku

“Rabitə” voleybol komandası ardıcıl 5-ci dəfə Azərbaycan çempionu olub

“Rabitə” voleybol komandası ardıcıl 5-ci dəfə Azərbaycan çempionu olub
# 06 may 2011 15:19 (UTC +04:00)
Bakı – APA. Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu, final mərhələsinin VIII turunda, özü də vaxtından öncə baş verib.

Son çempion “Rabitə”nin hesabat turunun ilk oyununda - “Lokomotiv” – “Azərreyl” görüşünün yekununa əsasən yenidən ölkənin ən güclü komandası olması rəsmiləşib.

Belə ki, “Azərreyl” rəqibinə 2:3 hesabı ilə uduzaraq, turnir cədvəlində birinci olan “Rabitə”yə çatmaq şansını heçə endirib. Bununla, Dejan Brdjoviçin rəhbərlik etdiyi komanda ardıcıl 5-ci dəfə ölkə çempionu olub.

Qeyd edək ki, “Azərreyl”dən fərqli, “Rabitə”nin 2 oyunu qalıb və onlar hər 2 matça uduzsalar da 15 xala sahib olacaqlar. “Azərreyl” isə sabah qələbə qazansa belə, 14 xal toplayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR