Bank Of Baku

“İqtisadçı” voleybol klubu belçikalı baş məşqçini istefaya göndərib

“İqtisadçı” voleybol klubu belçikalı baş məşqçini istefaya göndərib
# 09 may 2011 09:11 (UTC +04:00)
Bakı – APA. Bakının “İqtisadçı” voleybol klubu baş məşqçi Jan De Brandt ilə əməkdaşlığa son qoyub. Apasport.az saytının məlumatına görə, dekabrda türkiyəli mütəxəssis Rəşad Yazıçıoğullarının yerinə gətirilən məşqçi artıq vətəninə yollanıb.

Əslində, komanda rəhbərliyi Brandtla Super Liqanın final mərhələsinin VII turunda “Azərreyl”ə məğlubiyyətdən sonra vidalaşıb. Məhz bu səbəbdən universitet komandası son 2 matça köməkçi məşqçi Eldar Əliyevin rəhbərliyi altında çıxıb. Amma çempionat yekunlaşdıqdan sonra Brandtın klubdan qovulduğu rəsmən açıqlanıb.

Brandt isə yenidən Türkiyədə çalışa bilər. Ötən mövsüm “Fənərbaxça”nı Çempionlar Liqasının finalına yüksəldən məşqçi bu dəfə “Beşiktaş”ın “sükanı arxası”na keçə bilər.

Qeyd edək ki, “İqtisadçı” Super Liqanın ötən mövsüm olduğu kimi III pillədə başa vurub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR