Bank Of Baku

“Rabitə” komandası daha bir voleybolçu ilə müqavilə bağladı

“Rabitə” komandası daha bir voleybolçu ilə müqavilə bağladı
# 10 may 2011 11:33 (UTC +04:00)
Bakı – APA. “Rabitə” klubu yeni mövsüm üçün daha bir voleybolçu ilə müqavilənin müddətini artırıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu milli komandamızın üzvü Natalya Məmmədova, amerikalı Kimberli Qlass, ukraynalı İrina Jukova, serbiyalılar - Silviya Popoveç, Mira Qoluboviç və Nataşa Krsmanoviçin ardınca Sanya Staroviçlə də razılığa gəlib.

Artıq 28 yaşlı serbiyalı 1 illik yeni müqaviləyə imza atıb. O, bununla da ardıcıl 4 mövsüm Azərbaycanda oynamaq şansı qazanıb.

Qeyd edək ki, 195 sm boya malik Staroviç “Rabitə” ilə 3 dəfə Azərbaycan çempionu adını, 1 dəfə CEV kubokunun bürünc və 1 dəfə Çempionlar Liqasının gümüş mükafatını qazanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR