Bank Of Baku

Azərbaycan avrokuboklara 5 komanda ilə qatılacaq

Azərbaycan avrokuboklara 5 komanda ilə qatılacaq
# 10 may 2011 12:20 (UTC +04:00)
Bakı – APA. Azərbaycan voleybol klubları növbəti mövsümdə yeni rekorda imza atacaqlar. Apasport.az saytının məlumatına görə, qadınlardan ibarət komandalarımız tarixdə ilk dəfə Avropa kuboklarında 5 klubla təmsil olunacaqlar.

Belə ki, ötən il Çempionlar Liqasının gümüş mükafatını qazanan “Rabitə” yenə də eyni cəbhədə döyüşəcək. Onlardan fərqli, “Çelenc Cup” turnirinin qalibi “Azərreyl” və yarımfinalçısı “İqtisadçı” səviyyəsinə görə daha yüksək – CEV kubokunda mübarizə aparacaq.

“Çelenc Cup” turnirində son mövsümdə olduğu kimi, yenə 2 komanda ilə təmsil olunacağıq. Bu dəfə analoji turnirdə “Lokomotiv” və “Bakı” Azərbaycanı təmsil edəcək.

Qeyd edək ki, “Lokomotiv” bu il “Çelenc Cup”ın finalında “Azərreyl”ə uduzub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR