Bank Of Baku

Azərbaycan çempionu Bolqarıstan millisinin üzvünü transfer edib

Azərbaycan çempionu Bolqarıstan millisinin üzvünü transfer edib
# 23 may 2011 09:08 (UTC +04:00)
Bakı – APA. Voleybol üzrə Azərbaycan çempionu “Rabitə” ikinci transfer bombasını partladıb. Apasport.az saytının məlumatına görə, paytaxt klubu xorvatiyalı Nataşa Osmokroviçin ardınca Bolqarıstan milli komandasının voleybolçusu Dobriana Rabadjiyevanı heyətinə qatıb.

Onunla 1 illik müqavilə imzalanıb. Dobriana ötən mövsümü İtaliyanın “Spes Konelyano” klubunda keçirib. 190 sm boya malik voleybolçunun iyunun 14-də 20 yaşı tamam olacaq.

Qeyd edək ki, “Rabitə” bu 2 transferindən öncə 6 voleybolçusu ilə yeni müqavilə imzalamışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR