Bank Of Baku

Faiq Qarayev: “Legioner limiti müzakirə ediləcək”

Faiq Qarayev: “Legioner limiti müzakirə ediləcək”
# 24 may 2011 14:32 (UTC +04:00)
Bakı – APA. Növbəti mövsümdə Azərbaycan Super Liqasında mübarizə aparan klubların əvəzedici komandalarından ibarət çempionatı keçirilə bilər. Apasport.az saytının xəbərinə görə, bu ideya ilə bağlı Azərbaycan Voleybol federasiyasının I vitse-prezidenti Faiq Qarayev açıqlama verib.

Milli komandamızın da baş məşqçisi olan mütəxəssis bildirib ki, belə çempionatın yaranması yığmamızın xeyrinə olmalıdır. Nəticədə səviyyəli və perspektivli voleybolçular üzə çıxa bilər. Bundan əlavə, legionerlərə 1+1 limitinin tətbiqi ilə bağlı məsələ müzakirə olunacaq. Gündəlikdə həmçinin, Voleybol Akademiyasının yaradılması məsələsi də durur. Bu gənc istedadların yetişməsində yardımçı ola bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR