Bank Of Baku

Milli komandamız Belarusa 9 top fərqi ilə uduzdu

Milli komandamız Belarusa 9 top fərqi ilə uduzdu
# 02 iyun 2011 10:23 (UTC +04:00)
Bakı – APA. Qadın həndbolçulardan ibarət Azərbaycan millisi Rusiyada məğlubiyyətləri sıralayır. Apasport.az saytının məlumatına görə, Rəfiqə Şabanovanın rəhbərlik etdiyi yığmamız Həştərxan şəhərində keçirilən “Xəzərətrafı Ölkələrin Kuboku” uğrunda turnirdə qarşılaşdığı ilk 2 rəqibinə uduzub.

Belə ki, öncə “Astraxanoçka” ilə üz-üzə gələn həndbolçularımız 5 top fərqi ilə məğlubiyyət acısı yaşayıblar – 31:36. Ardınca isə millimiz Avro-2012-nin seçmə mərhələsində rəqibimiz olacaq Belarus yığması ilə münasibətinə aydınlıq gətirib. Bu dəfə güclü tərəf rəqib olub. Belaruslular 36:27 hesabı ilə qələbə qazanıblar.

Rəfiqə Şabanovanın yetirmələri bu gün Rusiyanın gənclərdən ibarət yığması ilə qarşılaşacaq. Bu oyunda qələbə həmyerlilərimizi turnirdə sonuncu olmaqdan qurtara bilər. Çünki hər 2 komanda heç bir görüşdə qalib gələ bilməyib. Kubokun sahibinin adı isə Belarus - “Astraxanoçka” matçında müəyyənləşəcək.

Qeyd edək ki, Rusiyaya səfər Avropa çempionatının seçmə qrup oyunlarına hazırlıq məqsədi daşıyır. Olimpiya çempionumuz turnirə əsasən yerli və gənc həndbolçuları aparıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR