Bank Of Baku

Basketbol üzrə Azərbaycan milli komandası Balakən rayonunda təlim-məşq toplanışındadır

Basketbol üzrə Azərbaycan milli komandası Balakən rayonunda təlim-məşq toplanışındadır
# 04 iyun 2011 22:26 (UTC +04:00)
Balakən. Vüqar Heydərov-APA. Basketbol üzrə kişilərdən ibarət Azərbaycan milli komandası Balakən rayonunda təlim-məşq toplanışındadır. APA-nın yerli bürosunun məlumatına görə, Balakən Milli Olumpiya Mərkəzində təşkil edilən təlim-məşq toplanışına 16 idmançı cəlb edilib. İyunun 1-dən 12-dək davam edəcək məşqlərdə idmançılar müxtəlif hazırlıq proseslərinə cəlb olunacaq. Ilk öncə basketbolçuların psixoloji vəziyyəti daha sonra isə fiziki və texniki hazırlığı diqqətdən keçiriləcək. Milli komandanın Balakəni seçməsinə gəlincə məşqçi heyətindən bildirilib ki, dağətəyi bölgədə yerləşən bu rayonda idmançıların yarışlara hazırlanması üçün hər cür şərait var. Belə ki, basketbolçuların fiziki təlimlərinin dağlıq ərazilərdə keçirilməsi nəzərdə tutulur. Bu isə avqust ayında millilərimizin Avropa miqyaslı turnirlərdə ciddi rəqiblər qarşısında mübarizə aparmaq üçün bir stimul olacaq. Millinin tərkibinə xarici ölkə klublarında çıxış edən idmançıların qatılmadığını bildirən baş məşqçi bu toplantıda əsasən gənclərə şans verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR