Bank Of Baku

Azərbaycan Çempionlar Liqasında 2 klubla təmsil olunacaq

Azərbaycan Çempionlar Liqasında 2 klubla təmsil olunacaq
# 07 iyun 2011 07:35 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın qadın voleybol klubları tarixi ərzində ilk dəfə Çempionlar Liqasında 2 komanda ilə təmsil olunacaq. Apasport.az saytının məlumatına görə, ölkəmizi qitənin ən mötəbər yarışında “Rabitə” ilə yanaşı, “Azərreyl” də təmsil edəcək.

Komandalarımızın rəqibləri iyulun 1-də müəyyənləşəcək. Püşkatma mərasimi Avstriyanın paytaxtı Vyanada olacaq.

Qeyd edək ki, öncə “Azərreyl”in CEV kubokunda mübarizə aparacağı bildirilsə də, Avropa Voleybol Konfederasiyası və Azərbaycan Voleybol Federasiyası “dəmiryolçular”ın Çempionlar Liqasında yarışmasına qərar veriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR