Bank Of Baku

“AKKORD” hokkey komandası bütün rəqiblərinə qalib gəlib - FOTO

“AKKORD” hokkey komandası bütün rəqiblərinə qalib gəlib - <font color=red>FOTO</font>
# 13 iyun 2011 08:56 (UTC +04:00)
Bakı – APA. Slovakiyanın Bratislava şəhərində otüstü hokkey üzrə kişi və qadınlar arasında Avropa Çempionlar Kubokunun “Çelenc IV” turniri uğurla davam edir. APA-nın məlumatına görə, iyunun 11-də Azərbaycanın “AKKORD” otüstü hokkey komandası “Çelenc IV” turnirində ikinci oyununu keçirib. A qrupunda qərarlaşmış “AKKORD” komandası Türkiyənin “Qaziantep Polisgücü” klubu ilə qarşılaşıb. Maraqlı anlarla yadda qalan qarşılaşma “AKKORD”un 4:2 hesablı qələbəsi ilə nəticələnib.

İyunun 12-də isə “AKKORD” son oyununu Slovakiyanın “Raca” komandası ilə keçirib və rəqibini 3:0 hesabı ilə məğlub edib.

Buna qədər isə “AKKORD” komandası Sloveniyanın “Moravskoye Toplitse” klubuna 10:2 hesabı ilə qalib gəlmişdi.
Qeyd edək ki, “AKKORD” komandası artıq yarımfinaldadır. İyunun 13-də Bolqarıstanın “NSA” komandası ilə final qarşılaşması olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR