Bank Of Baku

“AKKORD” komandası Avropa Kubokunun sahibi olub

“AKKORD” komandası Avropa Kubokunun sahibi olub
# 13 iyun 2011 17:00 (UTC +04:00)
Bakı – APA. Slovakiyanın Bratislava şəhərində otüstü hokkey üzrə kişi və qadınlar arasında Avropa Çempionlar Kubokunun “Çelenc IV” turniri keçirilir. APA-nın xəbərinə görə, kişilərdən ibarət “AKKORD” otüstü hokkey komandası ilk oyununu iyulun 10-da Sloveniyanın “Moravskoye Toplitse” klubun ilə keçirib və 10:2 hesablı qələbə qazanıb.

İyunun 11-də “AKKORD” Türkiyənin “Qaziantep Polisgücü” komandası ilə qarşılaşıb. Maraqlı anlarla yadda qalan qarşılaşma komandamızın 4:2 hesablı qələbəsi ilə nəticələnib.

İyunun 12-də isə “AKKORD” oyununu Slovakiyanın “Raca” komandasına qarşı keçirib və rəqibini 3:0 hesabı ilə məğlub edib.

“AKKORD” iyunun 13-də finalda Bolqarıstanın “NSA” komandası ilə qarşılaşıb və 6:2 hesabı ilə qalib gəlib.

Beləliklə, Azərbaycanın kişilərdən ibarət “AKKORD” otüstü hokkey komandası Avropa Çempionlar Kubokunun “Çelenc IV” turnirinin qalibi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR