Bank Of Baku

Azərbaycan yığmasının kapitanı 3 illik fasilədən sonra “Azərreyl”ə qayıdıb

Azərbaycan yığmasının kapitanı 3 illik fasilədən sonra “Azərreyl”ə qayıdıb
# 15 iyun 2011 13:01 (UTC +04:00)
Bakı – APA. Bakının “Azərreyl” voleybol klubu növbəti mövsüm üçün ilk transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, növbəti mövsümdə ölkəmizi Çempionlar Liqasında təmsil edəcək komanda 3 illik fasilədən sonra Azərbaycan yığmasının kapitanı Oksana Parxomenkonu yenidən transfer edib.

Son 2 mövsümü Moskva “Dinamo”sunda keçirən 27 yaşlı oyunçu ilə 1 illik rəsmi müqavilə imzalanıb.

“Dəmiryolçular” Oksanadan öncə isə ötənilki heyətdən Azərbaycan yığmasının üzvləri – Valeriya Korotenko, Polina Rəhimova, Aynur Kərimova, Oksana Kiselyova, braziliyalı Paulino De Souza Pereyra, tailandlı Nutsara Tomkom və amerikalı Tamas Cenefferlə də növbəti mövsüm üçün razılıq əldə etmişdi.

Qeyd edək ki, O. Parxomenko 2001-2008-ci illərdə də “Azərreyl”in şərəfini qoruyub. O, 2008/2009 mövsümündə isə “Fənərbaxça”da forma geyinib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR