Bank Of Baku

Bakı Tennis Akademiyasının mərkəzi kortu istifadəyə verilib

Bakı Tennis Akademiyasının mərkəzi kortu istifadəyə verilib
# 29 iyun 2011 16:33 (UTC +04:00)
APA-nın “AzərTAC”a istinadən yaydığı məlumata görə, prezident İlham Əliyev mərkəzi kortun açılışını bildirən rəmzi lenti kəsib. Azərbaycan Tennis Akademiyasının prezidenti, Milli Məclisin sədri Oqtay Əsədov dövlətimizin başçısına məlumat verib ki, tikintisinə ötən ilin fevralında başlanılan və 5500 kvadratmetr ərazini əhatə edən mərkəzi kortda tennislə yanaşı, voleybol, həndbol, mini futbol yarışlarının keçirilməsi, eləcə də konsert proqramlarının təşkil edilməsi üçün hər cür imkan var.

3 min tamaşaçı yeri olan mərkəzi kortun tikintisi zamanı müasir inkişaf materiallarından istifadə olunub. Burada idman şərhçiləri və teleoperatorlar üçün xüsusi avadanlıq quraşdırılıb. Bundan başqa, mərkəzi kortun altında 75-80 avtomobil tutumu olan dayanacaq tikilib. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərkəzi kortda gənc idmançıların nümunəvi çıxışlarını izləyiblər, idman qurğusunun ərazisini gəziblər.

Dövlət başçısı və xanımı gənc idmançılarla görüşüblər, onlara uğurlar arzulayıblar. Sonra prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Tennis Akademiyasının trenajor zalı və hovuzu ilə tanış olublar. Daha sonra dövlət başçısı inşaatçılar qarşısında çıxış edib, onlara uğurlar arzulayıb. Dövlət başçısı və xanımı Bakı Tennis Akademiyasının həyətini gəziblər, burada görülmüş abadlıq işləri ilə tanış olublar. Prezident görülmüş işlərdən razılığını bildirib, müvafiq tapşırıq və tövsiyələrini verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR