Bank Of Baku

Veronika Brito: “Azərbaycandan təklif alanda, hədsiz təəccübləndim”

Veronika Brito: “Azərbaycandan təklif alanda, hədsiz təəccübləndim”
# 03 avqust 2011 10:29 (UTC +04:00)
Bakı – APA. “Agentim Azərbaycandan təklif haqda məlumat verəndə, hədsiz təəccübləndim. İndi bu ölkəyə getmək gününü gözləyirəm”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “İqtisadçı” voleybol klubunun braziliyalı yeni transferi Veronika Brito deyib.

Son 2 mövsümdə Superliqamızın bürünc medalını qazanan universitet komandası heyətini gücləndirməkdə davam edir. Növbəti mövsümdə CEV Kubokunda çıxış edəcək “İqtisadçı”nın legioneri Azərbaycanda qadın voleybolunun çox populyar olduğunu bildirib: “Oradakı klubları güclü sponsorları var. Onlar qadın voleyboluna böyük sərmayə qoyurlar. Ümid edirəm ki, Azərbaycanda yaxşı çıxış edəcəyəm. Bununla, həmyerlilərim üçün yeni transfer bazarı açacağam”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR