Bank Of Baku

“Şirvan” voleybol klubu fəaliyyətini dayandırdı

“Şirvan” voleybol klubu fəaliyyətini dayandırdı
# 17 avqust 2011 10:15 (UTC +04:00)
Bakı – APA. Qadın voleybolçular arasında keçirilən Azərbaycan Super Liqasında mübarizə aparan “Şirvan” klubu fəaliyyətini dayandırıb. Apasport.az saytının məlumatına görə, ötən il yaradılan komanda dağılıb.

Lakin “Şirvan”ın tarixin yaddaşına köçməsi növbəti mövsümdə çempionatımızda komandaların sayını azaltmayacaq. 2010/2011 mövsümünün autsayderinin əvəzinə yeni klub formalaşacaq. Bu da “Şirvan” kimi əsasən gənclərdən formalaşacaq.

Qeyd edək ki, “Şirvan”ı ötən il çalışdırmış Adnan Kistak da Azərbaycanı tərk edib. O növbəti ildə “Beşiktaş”ın “sükanı arxası”nda olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR