Bank Of Baku

Rusiyanın məşhur komandası Bakıya gəlir

Rusiyanın məşhur komandası Bakıya gəlir
# 22 avqust 2011 11:58 (UTC +04:00)
Avro-2011-in final mərhələsinə hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası avqustun 25-də Qubaya yollanacaq. Apasport.az saytının məlumatına görə, burada 1 həftəlik təlim-məşq toplanışında Faiq Qarayevin yetirmələri bir neçə yoldaşlıq görüşü də keçirməyi planlaşdırır.

Həmin vaxt Quba Olimpiya Kompleksində yığmamızla yanaşı, Bakının “Lokomotiv” və Rusiyanın məşhur “Uraloçka” klubı da təlim-məşq toplanışında olacaq. Bu komandalarla ayrı-ayrılıqda və 2 klubun yığması ilə yoxlama matçları keçirəcək millimiz ardından Qubanı tərk edəcək.

Qeyd edək ki, komandamız sentyabrın əvvəlində İspaniyaya yollanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR