Bank Of Baku

Ukrayna Liviya Milli Keçid Şurasını rəsmi hakimiyyət kimi tanıyıb

Ukrayna Liviya Milli Keçid Şurasını rəsmi hakimiyyət kimi tanıyıb
# 01 sentyabr 2011 19:34 (UTC +04:00)
Bakı-APA. Ukrayna Xarici İşlər Nazirliyi Liviyanın Milli Keçid Şurasını (MKŞ), Liviyanın yeganə rəsmi hakimiyyəti kimi tanıdığı barədə bəyanat yayıb.
APA-nın vesti.ru saytına istinadən verdiyi xəbərə görə, eyni zamanda Ukrayna Liviyada silahlı qarşıdurmanın aktiv fazasının başa çatmasını alqışlayıb və ölkədə sülhün bərqərar olmasına ümidvar olduğunu bildirib.
Bəyanatda MKŞ-dan bundan sonra da Liviyada Ukrayna vətəndaşlarının o cümlədən Ukrayna diplomatik korpusunun əməkdaşlarının təhlükəsizliyinin təmin olunması tələb olunur.
Ukrayna, Liviyada dinc həyatın bərpa olunmasına yönəlmiş texniki və humanitar yardım prosesində aktiv rol oynayacağını bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR