Bank Of Baku

“Bakı” “Qalatasaray”la yoldaşlıq görüşü keçirəcək

“Bakı” “Qalatasaray”la yoldaşlıq görüşü keçirəcək
# 16 sentyabr 2011 09:18 (UTC +04:00)
Bakı – APA. “Bakı” voleybol klubu sentyabrın 25-də Azərbaycanı tərk edəcək. Apasport.az saytının məlumatına görə, Türkiyəyə təlim-məşq toplanışına yollanacaq paytaxt təmsilçisi İstanbulda keçirəcəyi hazırlıq çərçivəsində yoldaşlıq matçlarında qüvvəsini sınayacaq.

Bu mövsüm “Çelenc Cup”da debüt edəcək “Bakı”nın hələlik 3 rəqibinin adı və oyunların başlama günü dəqiqləşib.

Belə ki, braziliyalı Ancelo Vercesinin yetirmələri Çempionlar Liqasında Bakı “Azərreyl”i ilə D qrupunda yer alan “Vakıfbank Türk Telekom”, A qrupunda mübarizə aparacaq “Əczaçıbaşı” və CEV kubokuna qatılacaq “Qalatasaray”la qarşılaşacaq. Komandamız bu klublarla müvafiq olaraq, sentyabrın 27-də, 28-də və 30-da üz-üzə gələcək.

“Bakı” oktyabrın 25-də Azərbaycana qayıdacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR