Bank Of Baku

İspaniya ardıcıl ikinci dəfə basketbol üzrə Avropa çempionu olub

İspaniya ardıcıl ikinci dəfə basketbol üzrə Avropa çempionu olub
# 19 sentyabr 2011 08:00 (UTC +04:00)
Bakı-APA. Litvada keçirilən basketbol üzrə kişilər arasında 37-ci Avropa çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, həlledici qarşılaşmada İspaniya və Fransa milli komandaları üz-üzə gəlib.

Qarşılaşmada 98:85 hesabı ilə qalib gələn Pireney təmsilçisi tarixində 2-ci dəfə qitənin ən güclüsü olub. Onlar 2 il əvvəl Polşada qazandıqları titulu ardıcıl çempionluqla qoruyublar. Lakin qaliblər kimi Fransa yığması da gələn il Londonda keçiriləcək Yay Olimpiya Oyunlarına 2 lisenziyadan birini qazanıb.

Dünya çempionatının bürünc medalı isə Makedoniyanı 72:68 hesabı ilə məğlub edən Rusiyaya nəsib olub. Bu 2 komanda, həmçinin 5-ci yer uğrunda qarşılaşan Litva ilə Yunanıstan (73:69) milliləri isə Olimpiya təsnifat turnirinə qatılacaq.

Qeyd edək ki, təsnifat turniri gələn il iyulun 2-8-də keçiriləcək. Həmin yarışın meydan sahibi müəyyənləşməsə də, Litva, Puerto-Riko və Venesuela təşkilatçılıq hüququna yiyələnməyə namizədlərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR