Bank Of Baku

Azərbaycan voleybol yığması İspaniyaya uduzub

Azərbaycan voleybol yığması İspaniyaya uduzub
# 19 sentyabr 2011 10:41 (UTC +04:00)
Bakı – APA. 2011-ci il Avropa çempionatının final oyunlarına hazırlığı İspaniyada davam etdirən Azərbaycan milli komandası növbəti yoldaşlıq görüşünü keçirib. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin yetirmələri yerli yığma ilə ikinci dəfə üz-üzə gəliblər.

Lakin ilk matçda ispanlara 3:2 hesabı ilə qalib gələn voleybolçularımız bu dəfə eyni hesablı məğlubiyyətə üzülüblər. Düzdür, millimiz ilk 2 setdə qələbə qazanıb - 26:28 və 21:25. Amma sonradan təşəbbüsə yiyələn rəqib məğlubiyyətdən qaça bilib. Ardıcıl 3 setdə voleybolçularımızdan üstün olan (25:21, 25:23, 15:12) ispanlar ümumi hesabda tarazlıq yaradıblar – 1:1.

Qeyd edək ki, Azərbaycan komandası İspaniyada məşqləri yekunlaşdırdıqdan sonra birbaşa İtaliyaya yollanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR