Bank Of Baku

Ergül Avçı: “Azərbaycan yığmasının gücü bizim üçün əhəmiyyətli deyil”

Ergül Avçı: “Azərbaycan yığmasının gücü bizim üçün əhəmiyyətli deyil”
# 21 sentyabr 2011 09:04 (UTC +04:00)
Bakı – APA. “Əla təlim-məşq toplanışı keçmişik”. Apasport.az saytının məlumatına görə, bunu Türkiyə millisinin voleybolçusu Ergül Avçı deyib.

“Ay-ulduzlular” sentyabrın 23-də start götürəcək Avropa çempionatının final mərhələsində ilk oyunlarını yığmamıza qarşı keçirəcək. Ergülün fikrincə, ilk görüşdə qələbə qazanmaq onlar üçün çox vacibdir: “Final mərhələsinə əla köklənmişik. Rəqibin necə oynayacağını fikirləşməkdənsə, öz çıxışımıza diqqət yetirməyimiz daha yaxşıdır. Yəni, öz oyunumuzu nümayiş etdirsək, Azərbaycan yığmasının gücü bizim üçün əhəmiyyətli deyil. Özümüzü toparlayıb, final mərhələsinə qələbə ilə başlamaq istəyirik”.

Qeyd edək ki, Azərbaycan millisi Türkiyə, Xorvatiya və İtaliya ilə bərabər B qrupunda yer alıb və bu qrupun oyunları Monza şəhərində keçiriləcək. Avropa çempionatının qalibi isə oktyabrın 2-də müəyyənləşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR