Bank Of Baku

Faiq Qarayev: “Bizi 3 gərgin və maraqlı oyun gözləyir”

Faiq Qarayev: “Bizi 3 gərgin və maraqlı oyun gözləyir”
# 23 sentyabr 2011 10:29 (UTC +04:00)
Bakı – APA. “Biz qrup mərhələsində güclü komandalara qarşı oynayacağıq”. Apasport.az saytının məlumatına görə, bu sözlər qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Faiq Qarayevə məxsusdur.

Təcrübəli mütəxəssis bu gün start götürəcək Avropa çempionatının final mərhələsinə münasibət bildirib: “Fikrimcə, bizi 3 gərgin və maraqlı oyun gözləyir. Bu matçlarda qələbə qazanmaq üçün əlimizdən gələn hər şeyi etməyə çalışacağıq”.

Qeyd edək ki, bu gün Azərbaycan milli komandası Türkiyə voleybolçuları ilə qarşılaşacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR