Bank Of Baku

Milli komandamız beynəlxalq yarışlardan kənarlaşdırıla bilər

Milli komandamız beynəlxalq yarışlardan kənarlaşdırıla bilər
# 26 sentyabr 2011 10:04 (UTC +04:00)
Bakı – APA. Həndbolçu kişilərdən ibarət Azərbaycan millisinin “Çelenc Cup”da çıxışı hələ də dəqiqləşməyib. Apasport.az saytının məlumatına görə, komandamız noyabrın 3-də Maltada start götürəcək yarışa yollanmayacağı halda, ciddi sanksiyalara məruz qalacaq.

Belə ki, ildə bir dəfə baş tutan “Çelenc Cup”da iştirak məcburidir. Əgər həndbolçularımız maliyyə problemi səbəbindən səfərə yollanmazlarsa, Azərbaycan Həndbol Federasiyasını 15-25 min avro arasında cərimə gözləyir. Bu azmış kimi, yığmamız 2 il beynəlxalq yarışlardan kənarlaşdırılacaq.

Qeyd edək ki, millimizin baş məşqçisi Hikmət Abdullayev apasport.az saytına açıqlamasında komandamızın səfərə yollanmasında maliyyə probleminin yarandığını bildirmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR