Bank Of Baku

Xorvatiya klubu Azərbaycan çempionu ilə oynamaq üçün Bakıya gələcək

Xorvatiya klubu Azərbaycan çempionu ilə oynamaq üçün Bakıya gələcək
# 12 oktyabr 2011 10:40 (UTC +04:00)
Bakı – APA. Qadın həndbolçulardan ibarət Bakının ABU klubunun “Çelenc Cup”ın III təsnifat mərhələsindəki rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu 1/16 final mərhələsinə vəsiqə uğrunda Xorvatiyanın “Zelina” klubu ilə qarşılaşacaq.

Rəfiqə Şabanovanın yetirmələri ilk matçı noyabrın 5-i və ya 6-da Bakıda, cavab görüşünü isə 1 həftə sonra səfərdə keçirəcək.

Qeyd edək ki, “Zelina” qrup birincisi kimi mərhələ adlayıb. Xorvatlar B qrupunda mübarizə apararaq, “Alavarium” (Portuqaliya) və “Olimpiya”nı (İngiltərə) məğlubiyyətə uğradıblar. Yunanıstan “Panetolikos” klubu isə oyunlara çıxmadığından digər 3 komandaya texniki qələbə verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR