Bank Of Baku

Azərbaycan çempionatında komandaların sayı artdı

Azərbaycan çempionatında komandaların sayı artdı
# 17 oktyabr 2011 12:31 (UTC +04:00)
Bakı – APA. Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının 2011/2012-ci illər mövsümünün əsasnaməsi təsdiqlənib. Apasport.az saytının məlumatına görə, yeni mövsümdə ölkə çempionatında 6 deyil, 7 komanda mübarizə aparacaq.

Belə ki, “Şirvan”ın dağılmasından sonra 5 klub – “Rabitə”, “Azərreyl”, “İqtisadçı”, “Lokomotiv” və “Bakı” qalsa da, onların siyahısına daha 2 komanda əlavə edilib. Bunlar hər ikisi paytaxtı təmsil edəcək. Onlardan birinin adının “Azəryolservis” olacağı dəqiqləşsə də, digərinin adına tam aydınlıq gəlməyib və hələlik “Lokomotiv-2” adlanır.

Artıq bu klublardan hər ikisinin baş məşqçi də müəyyənləşib. “Azəryolservis” “Lokomotiv”in sabiq baş məşqçisi Aleksandr Çervyakova həvalə edib. “Lokomotiv-2”ni isə ukraynalı mütəxəssislər çalışdıracaq. Debütant ata və oğul - İqorla Dmitri Filştinski tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR