Nazir Əli Abbasov dünya çempionatının qalibi olan “Rabitə” voleybol klubunun üzvlərini qəbul edib
O bildirib ki, komandanın dünya çempionu olmasına ən böyük qiyməti Azərbaycan Prezidenti İlham Əliyev verib: “Siz həqiqətən gözəl qələbə ilə Azərbaycan tarixinə düşdünüz. Bu uğur münasibətilə dövlət başçısı komandanı qəbul etdi və sizin uğurlarınızı yüksək qiymətləndirdi. Cənab İlham Əliyev “Rabitə”nin mükafatlandırılması haqqında sərəncam imzalayıb və kluba 500 (beş yüz) min manat məbləğində vəsait ayrılıb. Deyim ki, bu yarışda bütün “rabitəçilər”, azərbaycanlılar sizə azarkeşlik edirdilər. Hamı qələbənizə sevinirdi. Çünki dünya çempionluğunu qazanmaq heç də asan deyil. Burada siz voleybolçuların, məşqçi korpusunun böyük əməyi var. Çox yüksək nəticədir. Dünya çempionatındakı bu qələbəniz əsl qəhrəmanlıqdır”.
Ə.Abbasov bu uğurun davam etdirilməsinin vacibliyini vurğulayıb: “Bu mövsüm sizi digər yarışlarda da gərgin oyunlar gözləyir. İndi əsas məqsəd Çempionlar Liqasının qızıl medallarını qazanmaqdır”.
Daha sonra “Rabitə”nin prezidenti Cəlil Cəfərov kluba göstərdiyi dəstəyə görə Ə.Abbasova təşəkkürünü bildirib: “Komandamız 2000-ci ildə yaradılıb. Lakin qadınlardan ibarət klubumuz 2004-cü ildən fəaliyyətə başlayıb. Uğurlarımızda sizin əməyiniz çox böyükdür. Çalışacağıq ki, bu qələbələrimizin davamını gətirək”.
Komandanın baş məşqçisi Zoran Qayiş də kluba göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib. Serbiyalı mütəxəssis deyib ki, dünya çempionluğu ilə kifayətlənmək niyyətində deyillər və yeni mövsümdə çıxış edəcəkləri yarışlarda hədəfləri ancaq birincilik olacaq.
Kapitan Natalya Məmmədova da dünya çempionluğunun ardınca əsas məqsədlərinin Çempionlar Liqasını qazanmaq olduğunu deyib.
Mundialda 4 nominasiyada hamıdan güclü olan Nataşa Krsmanoviç isə Dohada möhtəşəm oynadıqlarını söyləyib. O bildirib ki, bu uğur komandaya göstərilən diqqətin qarşılığıdır və növbəti turnirlərdə də inamlı çıxış planlaşdırırlar.
Qeyd edək ki, tədbirdə “Rabitə” klubuna sponsorları tərəfindən hədiyyələr verilib. Daha sonra Ə. Abbasova üzərində voleybolçuların imzası olan top hədiyyə edilib və xatirə şəkli çəkdirilib.
Xəbər Lenti
Nazir: Sertifikasiya nəticələrinə əsasən, işdən azad edilənlərin çoxu ibtidai sinif müəllimidir
Qevorq Papoyan: Ermənistan Aİİ-ni Avropa İttifaqı ilə əvəz etməyi nəzərdən keçirmir
Sabah Bakıda 21 dərəcə isti olacaq
Emin Əmrullayev: Əsas prioritetlərdən biri ibtidai təhsilin keyfiyyətinin yüksəldilməsidir
Samuxda minik maşını aşıb, ölən və xəsarət alan var - YENİLƏNİB-1
Qlobal təhsil bazarında yeni süni intellekt platforması - UniDestin fəaliyyətə başladı
“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib
Təhsil müəssisələrində istilik sistemləri ilə bağlı mövcud vəziyyət açıqlanıb
Yohann Vadeful: Bakıda açıq dialoq apardıq
Rusiya ordusu Xarkov vilayətində bazara zərbə endirib, 12 nəfər yaralanıb
Əsgər ölümündə təqsirləndirilən həkim həbs olunub, 9 min manat təzminat ödəyəcək
Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv olunur
Bakıda ödənişli hərəkət zonalarından toplanan haqq dövlət büdcəsinə ödəniləcək
Məqsədli büdcə fondları ləğv olunur, daxilolmalar dövlət büdcəsinin gəlirlərinə aid ediləcək
Baytarlıq pasportunun verilməsinə dövlət rüsumu 30 manat olacaq
Qoyun əti üzərinə nişan qoyulması üçün dövlət rüsumunun məbləği 2 dəfə azaldılır
Sahibkarlar işlənmiş məişət cihazları, mobil telefonlar və heyvan tullantılarını nağd qaydada ala biləcək
Baytarlıq şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu ləğv edilir
Azərbaycandakı diplomatik nümayəndəliklər üçün vergiylə əlaqədar yeni mexanizm təklif edilir
“ƏDV geri al” mexanizmi bütün konsert növlərini əhatə edəcək
Onlayn ticarətə dair yeni prosedur müəyyənləşir
Vergi ödəyicisi könüllü şəkildə sadələşdirilmiş vergidən gəlir (mənfəət) vergisinə keçə biləcək
İctimai iaşə fəaliyyəti göstərən vergi ödəyiciləri üçün yeni güzəşt olacaq
Ölkə daxilində yükdaşıma fəaliyyəti ilə məşğul olanlara 8% dərəcə ilə sadələşdirilmiş vergi hüququ veriləcək
“ƏDV geri al” mexanizminin əhatə dairəsi genişləndirilir
Mehmanxana (hotel) və sanatoriya fəaliyyətinə dair yeni vergi güzəşti müəyyən olunur
Traktorların satışı və ehtiyat hissələrinin idxalı 6 il müddətinə ƏDV-dən azad olunacaq
Bir sıra vergi güzəştlərinin müddəti uzadılır
Kiçik sahibkarlıq subyektləri üçün yeni güzəşt müəyyənləşir
Mikrosahibkarlıq subyektlərinin daha yüksək sahibkarlıq kateqoriyasına keçidi zaman vergi güzəşti olacaq
Azərbaycanda yanacaq məhsullarının markalanması və izlənilməsi mexanizmi tətbiq olunacaq
Fiziki şəxslərin əmlak icarəsi gəlirləri üzrə vergi yeni qaydada hesablanacaq
Minik avtomobillərinin yerli istehsalının təşviqi üçün 6 il müddətində güzəşt olacaq
Mənzil satışı prosedurunda yeni güzəşt tətbiq olunacaq
Sökülmüş binanın əvvəlki mülkiyyətçilərinə yeni binada verilən kompensasiya xarakterli sahələrə görə vergi alınmayacaq
Nazir: TRIPP-in giriş və çıxış hissələri Azərbaycan ərazisindəndir, əsas texniki parametrlər Bakı ilə razılaşdırılmalıdır
"İkinci əl" avtomobillərin satışı üçün yeni prosedur müəyyənləşir
Lotereya və idman mərc oyunları ilə bağlı yeni vergi rejimi təklif olunur
Gözəllik xidmətləri göstərən şəxslər 5 il sadələşdirilmiş vergi ödəyicisi olacaqlar
Rəsmi Bakı: ABŞ, Çin və Rusiya liderlərinin görüşündən gözləntilər var
Operatorlar vasitəsi ilə taksi xidməti göstərənlərdən vergi tutulacaq
Aqrar sahədə 100%-lik tam vergi azadolması ləğv edilir, 5 il müddətinə 90%-lik güzəşt mexanizmi olacaq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
Çipsi aksizli mal olacaq, hər kiloqrama görə 1 manat aksiz vergisi tətbiq ediləcək
Şirinləşdirilmiş mineral və qazlı içkilər aksizli mallar olacaq, aksiz vergisi alınacaq
XİN rəhbəri: Azərbaycan-Türkiyə münasibətləri bundan sonra da möhkəm olacaq
NİİM operativ nəqliyyat vasitələrinə yol verməklə bağlı sürücülərə müraciət edib
Rəsmi Berlin: Ukrayna üzrə danışıqlarda avropalılar iştirak etmədən qərar qəbul etmək çətin olacaq
Almaniya XİN rəhbəri Bakıdan İran rəhbərliyinə çağırış edib
Yohann Vadeful: Orta dəhliz Avropa üçün xüsusi əhəmiyyətə malikdir