Bank Of Baku

Masallıda otüstü xokkey üzrə turnir keçirilib

Masallıda otüstü xokkey üzrə turnir keçirilib
# 24 oktyabr 2011 17:53 (UTC +04:00)
Masallı. Ağəddin Babayev – APA. Masallı Olimpiya İdman Kompleksində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 20 illiyinə həsr olunmuş 1996-1998-ci il təvəllüdlü yeniyetmə oğlanlar arasında otüstü xokkey idman növü üzrə açıq rayon turniri başa çatıb. APA-nın Cənub bürosunun məlumatına görə, yeniyetmələrin idmana cəlb olunması və asudə vaxtlarının səmərəli təşkil edilməsi məqsədi ilə keçirilən turnirdə Astara, Cəlilabad, Sumqayıt və respublikanın digər rayonlarından 140-a yaxın idmançı bir həftə müddətində məharətini nümayiş etdirib. Gərgin keçən yarışda Masallı komandası I yerə, Sumqayıt xokkeyçiləri II yerə, Astara idmançıları isə III yerə çıxıblar.
Qalib komandalar Masallı Rayon Gənclər və İdman İdarəsinin kubok, diplom və medalları ilə təltif olunublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR