Bank Of Baku

Bakıda keçiriləcək Olimpiya təsnifat turnirinin təqvimi təsdiqləndi

Bakıda keçiriləcək Olimpiya təsnifat turnirinin təqvimi təsdiqləndi
# 25 oktyabr 2011 10:15 (UTC +04:00)
Bakı – APA. Qadın voleybolçular arasında Bakıda keçiriləcək Avropa Olimpiya təsnifat turnirinin seçmə mərhələsinin təqvimi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 6 yığmanın iştirakı ilə baş tutacaq yarışda komandalar 2 qrupda mübarizə aparacaq.

Macarıstan, Ukrayna və Çexiya A, Azərbaycan, Bolqarıstan və Danimarka B qrupunda qüvvəsini sınayacaq. Reqlamentə əsasən, ilk 2 yerdə qərarlaşacaq millilər növbəti mərhələyə vəsiqə qazanacaqlar və qrupların qalibi digər qrupun ikincisi ilə oynayacaq.

Burada da qələbə qazanacaq komandalar finalda üz-üzə gələcək. Həlledici görüşün güclüsü isə Avropa Olimpiya təsnifat turnirinə vəsiqəyə sahib olacaq.

Qeyd edək ki, noyabrın 8-də start götürəcək turnirin ilk günü Faiq Qarayevin yetirmələri istirahət edəcəklər. Komandamız növbəti 2 gündə isə saat 18:30-da meydana çıxacaq.

Qrup mərhələsi
A qrupu
8 noyabr

18:30. Macarıstan – Ukrayna

9 noyabr
16:00. Çexiya - Macarıstan

10 noyabr
16:00. Ukrayna - Çexiya

B qrupu
8 noyabr

16:00. Bolqarıstan – Danimarka

9 noyabr
18:30. Azərbaycan – Bolqarıstan

10 noyabr
18:30. Danimarka – Azərbaycan

Yarımfinallar
11 noyabr

16:00. A qrupunun birincisi – B qrupunun ikincisi
18:30. B qrupunun birincisi - A qrupunun ikincisi

Final
12 noyabr

18:30. Yarımfinalların qalibi
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR