Bank Of Baku

“Rabitə” voleybol klubu İsveçrəyə yollanır

“Rabitə” voleybol klubu İsveçrəyə yollanır
# 28 oktyabr 2011 11:43 (UTC +04:00)
Bakı – APA. “Rabitə” Çempionlar Liqasına və Azərbaycan çempionatına hazırlıq üçün ölkə xaricinə üz tutacaq. Apasport.az saytının məlumatına görə, dünya çempionları oktyabrın 30-da təlim-məşq toplanışı keçmək üçün İsveçrəyə yollanacaq.

Komandamızın Surixdəki hazırlığı 2 həftə davam edəcək. “Rabitə” bu ölkədə “Volero” ilə bir neçə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.

Qeyd edək ki, təmsilçimiz səfərə tam heyətlə yollanmayacaq. “Rabitə”nin üzvlərindən bir neçəsi bugünlərdə start götürəcək Olimpiya təsnifat turnirinin seçmə mərhələsi və Dünya Kubokunda yığmalarına kömək edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR