Faiq Qarayevin yetirmələri azarkeşlərini sevindirə bilməyib. İlk oyunda Danimarkaya 3:0 hesabı ilə qalib gələn Bolqarıstan voleybolçuları bu dəfə yığmamızı məyus edib – 3:2. Natalya Məmmədova və Yelena Parxomenko zədəli olduğu matçda komandamız 2 dəfə hesabda önə çıxmağı bacarsa da, tay-brekdə bolqarlar daha dəqiq olub və yarımfinala vəsiqə qazanıblar.
Məğlubiyyətə baxmayaraq, Azərbaycan millisi mərhələ adlamaq şansını saxlayır. Bunun üçün voleybolçularımız bu gün Danimarka millisinə qalib gəlməlidirlər.
Digər qrupda isə Çexiya ilə Macarıstan yığmaları arasında oyun çexlərin asan qələbəsi ilə başa çatıb. Hər 2 oyunda uduzan Macarıstan millisi isə artıq yarışla vidalaşıb.
A qrupunda bu gün Çexiya Ukrayna voleybolçuları ilə üz-üzə gələcək. Bu matç qrup birinciliyi üçün vacib əhəmiyyət daşıyır.
A qrupu
Çexiya – Macarıstan – 3:0 (25:18, 25:21, 25:17)
1. Çexiya | 1 | 1 | 0 | 3-0 | 75-56 | 3 |
2. Ukrayna | 1 | 1 | 0 | 3-1 | 98-82 | 3 |
3. Macarıstan | 2 | 0 | 2 | 1-6 | 138-173 | 0 |
B qrupu
Azərbaycan – Bolqarıstan – 2:3 (25:18, 19:25, 25:19, 23:25, 7:15)
1. Bolqarıstan | 2 | 2 | 0 | 6-2 | 177-139 | 5 |
2. Azərbaycan | 1 | 0 | 1 | 2-3 | 99-102 | 1 |
3. Danimarka | 1 | 0 | 1 | 0-3 | 40-75 | 0 |
Qeyd edək ki, qrupda ilk 2 yeri tutacaq komandalar yarımfinala vəsiqə qazanır.