Bank Of Baku

Azərbaycanlı məşqçi İngiltərədə ən güclü seçildi

Azərbaycanlı məşqçi İngiltərədə ən güclü seçildi
# 24 noyabr 2011 08:44 (UTC +04:00)
Bakı – APA. İngiltərədə kişi basketbolçular arasında ötən mövsümün ən yaxşılarının adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, məşqçi nominasiyasında bu ölkənin I divizionunda “Ridinq” klubunu çalışdıran azərbaycanlı mütəxəssis Samit Nurizadə bütün rəqiblərini qabaqlayıb.

O, buna 2010/2011 mövsümünün startında qəbul etdiyi komandanı pley-off mərhələsinə yüksəltməklə nail olub. 10 ildən artıqdır bu ölkədə yaşayan həmyerlimiz “Ridinq”ə, həmçinin “Trofi kuboku”nda da uğur qazandırıb. Nuruzadə bu yarışda da pley-offa kimi irəliləyib.

Bu klubun heyətində oynayan Niko Skott isə ilin basketbolçusu elan edilib.

Qeyd edək ki, bu uğur həmyerlimizin “Ridinq”də işinin davam etdirilməsi ilə nəticələnib və onunla yeni müqavilə imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR