Bank Of Baku

“Azərreyl” Rumıniyaya yollandı

“Azərreyl” Rumıniyaya yollandı
# 28 noyabr 2011 10:19 (UTC +04:00)
Bakı – APA. Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Azərreyl” qrup mərhələsində “Tomis”lə ilk matçını keçirmək üçün Rumıniyaya yollanıb. Apasport.az saytının məlumatına görə, Türkiyə təlim-məşq toplanışı keçən Faiq Qarayevin yetirmələri Konstantaya buradan gediblər.
Bu gün Rumıniyada son məşqinə çıxacaq “dəmiryolçular” sabah Bakı vaxtı ilə saat 21:00-da 3 illik fasilədən sonra qitənin ən möhtəşəm yarışında mübarizəyə başlayacaqlar.
Onlardan fərqli, “Lokomotiv” Bakını bu gün tərk edəcək. Draqutin Baltiçin yetirmələrinin də səfərə yollanmasında məqsəd avrokuboklarda oyunlarının olmasıdır. Onlar noyabrın 30-da Macarıstanda yerli “Vaşaş”la (Budapeşt) qarşılaşacaqlar.
Qeyd edək ki, “Lokomotiv” “Çelenc Cup”da mübarizə aparır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR