Bank Of Baku

Maqaili Maqail: “Rabitə” klubunu məğlub etməliyik”

Maqaili Maqail: “Rabitə” klubunu məğlub etməliyik”
# 01 dekabr 2011 10:27 (UTC +04:00)
Bakı – APA. “İlk matç heç də asan olmayacaq”. Apasport.az saytının məlumatına görə, bunu Fransanın “Myulhaus” voleybol komandasının baş məşqçisi Maqaili Maqail deyib.

Çempionlar Liqasının qrup mərhələsinin ilk turu barədə fikirlərini açıqlayan təcrübəli mütəxəssis Bakıda keçiriləcək “Rabitə” – “Myulhaus” görüşünün çətin keçəcəyi qənaətindədir: “Debütdə Çempionlar Liqasının gümüş mükafatçısı və dünya çempionu ilə mübarizə aparacağıq. Məsuliyyətimizi bilirik. Lakin bu mövsüm heyətimizə qatdığımız Polina Stoyneva son 2 ildə Azərbaycanda forma geyinib və “Rabitə” barədə ətraflı məlumatlara malikdir. O, bizə çox şey deyib. Bundan əlavə, Fransanın və Çempionlar Liqasının ən güclülərindən hesab olunan “Kann” üzərində çempionatda qazandığımız qələbə bizdə əla inam yaradıb. Voleybolçularım isə bilirlər ki, kağızda onlardan güclü olan rəqiblərə qalib gəlmək olar”.

Maqail komandasının pley-off mərhələsinə çıxmaq şanslarını da dəyərləndirib: “Əsas məqsədimizə nail olmaq üçün Almaniyanın “Drezdener” klubu üzərində 2 qələbə qazanmalıyıq. Lakin bu da kifayət etməyə bilər. Buna görə də biz evdə son mövsümdə Çempionlar Liqasında ikinci və üçüncü yerləri tutan “Rabitə”ni və ya “Fənərbaxça”nı məğlub etməliyik. Mən öz oyunçularıma tam etibar edirəm. Bu yarış komandamız üçün əsl sınaqdır. Biz hətta çətinliklərdən keçərək, yaxşı çıxış etmək arzusundayıq”.

Qeyd edək ki, Azərbaycan çempionu “Rabitə” ilə “Myulhaus” arasında matç bu gün saat 17:00-da start götürəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR