Bank Of Baku

Oksana Parxomenko: “Türkiyə voleyboluna yaxşı bələdik”

Oksana Parxomenko: “Türkiyə voleyboluna yaxşı bələdik”
# 12 dekabr 2011 13:16 (UTC +04:00)
Bakı - APA. “Çempionlar Liqasının qalibi ilə oyun çox ağır olacaq. Ancaq bilirik ki, maksimal nəticə qazana bilərik”. Apasport.az saytının məlumatına görə, bunu “Azərreyl” klubunun kapitanı Oksana Parxomenko deyib.

Təcrübəli toppaylayıcı dekabrın 14-də Çempionlar Liqasının III turu çərçivəsində baş tutacaq “Azərreyl” – “Vakıfbank TTelekom”la oyunun gərgin keçəcəyini bildirib. Parxomenkonun fikrincə, baş məşqçiləri Faiq Qarayevin və heyətdə yer alan bəzi aparıcı voleybolçuların Türkiyədə çalışmaları işlərinə yarıyacaq: “Baş məşqçimiz və bəzi oyunçularımız Türkiyə voleyboluna çox yaxşı bələdik. Bu, qarşıdakı matçda bizə kömək olacaq”.

Qeyd edək ki, 27 yaşlı voleybolçumuz qonşu ölkədə “Yeşilyurt” və “Fənərbaxça” klublarında çıxış edib. “Sarı-lacivərdlilər”lə Super Liqanın gümüş mükafatına sahib olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR