Bank Of Baku

“Rabitə” klubunun baş məşqçisi: “Məğlubiyyətin əvəzini çıxmalıyıq”

“Rabitə” klubunun baş məşqçisi: “Məğlubiyyətin əvəzini çıxmalıyıq”
# 19 dekabr 2011 09:44 (UTC +04:00)
Bakı – APA. “Biz ötən həftə İstanbuldakı oyunda potensialımızı tam göstərə bilmədik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Rabitə” voleybol klubunun baş məşqçisi Zoran Qayiç deyib.

Çempionlar Liqasının qrup mərhələsinin III turunda “Fənərbaxça”ya səfərdə 0:3 hesabı ilə uduzan Azərbaycan çempionu cavab matçında bu məğlubiyyəti unutdurmağa çalışacaq. Serbiyalı mütəxəssis bildirib ki, azarkeşlər ikinci görüşdə tam fərqli oyun izləyəcəklər: “Düzdür, İstanbulda baş tutan həmin matçda böyük məyusluq yaşadıq. Ancaq biz toparlanıb, məğlubiyyətin əvəzini çıxmalıyıq. İndi əsas məqsədimiz yüksək məhsuldarlığı təmin etməkdir. Bunun nəticəsində qalib gəlib, məmnun ola bilərik”.

Qeyd edək ki, cavab oyunu sabah “Sərhədçi” Olimpiya Mərkəzində saat 17:00-da başlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR