Bank Of Baku

“Azərreyl” klubu Polşa yığmasının voleybolçusu ilə müqavilə bağlayıb

“Azərreyl” klubu Polşa yığmasının voleybolçusu ilə müqavilə bağlayıb
# 20 dekabr 2011 08:52 (UTC +04:00)
Bakı – APA. Bakının “Azərreyl” klubu növbəti transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, 3 illik fasilədən sonra Çempionlar Liqasına qayıdan “dəmiryolçular” Polşa yığmasının voleybolçusu Karolina Koseklə danışıqları müsbət yekunlaşdırıblar.

Komandamız son 2 ili yerli “Lodz” klubunda oynayan 26 yaşlı voleybolçu ilə 6 aylıq müqavilə imzalayıblar. 183 sm boya malik Kosek 2 dəfə Polşa kubokunun sahibi olub. O, həmçinin milli komandasının heyətində Universiadanın gümüş və bürünc medalına yiyələnib.

Qeyd edək ki, Karolina Almaniya və İsveçrədə də legioner həyatı yaşayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR