Bank Of Baku

“Fənərbaxça”nın Bakıya gələcəyi tarix dəqiqləşdi

“Fənərbaxça”nın Bakıya gələcəyi tarix dəqiqləşdi
# 15 fevral 2012 08:16 (UTC +04:00)
Bakı – APA. “Rabitə” voleybol klubunun Çempionlar Liqasının 1/4 final mərhələsindəki oyunlarının vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, “Dördlər finalı”na yüksəlmək üçün Türkiyənin “Fənərbaxça” komandası ilə qarşılaşacaq dünya çempionları rəqiblərini fevralın 22-də qəbul edəcəklər.

“Sərhədçi” Olimpiya Mərkəzində baş tutacaq oyun saat 17:00-da başlayacaq.

İstanbuldakı cavab matçı isə fevralın 29-na təsadüf edəcək. Bu görüş Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR