Bank Of Baku

Azərbaycan - Belarus oyunlarının tarixi açıqlandı

Azərbaycan - Belarus oyunlarının tarixi açıqlandı
# 22 fevral 2012 10:17 (UTC +04:00)
Bakı – APA. Həndbolçu qadınlardan ibarət Azərbaycan milli komandasının Avro-2012-nin qrup mərhələsində Belarusla keçirəcəyi oyunların tarixi və başlama saatı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Rəfiqə Şabanovanın yetirmələri Bakıda təşkil olunacaq görüşə martın 21-də çıxacaqlar.

Novruz bayramına təsadüf edəcək qarşılaşma saat 17:00-da başlayacaq.

Cavab matçı isə martın 25-də olacaq. Mogilyovda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.

Qeyd edək ki, yığmamız qrup mərhələsində artıq 2 oyun keçirib və həm Macarıstan (19:41), həm də Almaniya (16:34) millilərinə uduzub. Belarusun da Azərbaycan kimi xalı olmasa da, turnir cədvəlində həndbolçularımızı qabaqlayır.

Rəfiqə Şabanovanın macarlarla ev, almanlarla səfər qarşılaşmalarının tarixi isə hələ dəqiqləşməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR