Bank Of Baku

Basketbol üzrə Azərbaycan millisi ABŞ klubu ilə qarşılaşacaq

Basketbol üzrə Azərbaycan millisi ABŞ klubu ilə qarşılaşacaq
# 23 fevral 2012 09:20 (UTC +04:00)
Bakı – APA. Kişi basketbolçulardan ibarət Azərbaycan millisinin “Novruz-2012”də rəqibləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Qırğızıstanın Bişkek şəhərində baş tutacaq beynəlxalq turnirdə yığmamızla birgə 6 komanda qüvvəsini sınayacaq.

Avropa çempionatının seçmə mərhələsinə hazırlıq çərçivəsində Elxan Əliyevin yetirmələri Özbəkistan, Qırğızıstan milliləri, Qazaxıstanın “Kapşaqay”, ABŞ-ın AİA və Rusiyanın “UrFU” klubları ilə oynayacaqlar.

Qeyd edək ki, Kojomkula İdman Sarayında keçiriləcək görüşlər martın 17-də start götürəcək və 4 gün davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR