Bank Of Baku

Azərbaycan Voleybol Federasiyası “İdman ili”ndə 3 obyekti istifadəyə verəcək

Azərbaycan Voleybol Federasiyası “İdman ili”ndə 3 obyekti istifadəyə verəcək
# 27 fevral 2012 13:13 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Voleybol Federasiyası “İdman ili”ndə 3 idman obyektinin açılış mərasimini keçirəcək. Apasport.az saytının məlumatına görə, bu barədə keçirdiyi mətbuat konfransında qurumun baş katibi Elşən İsmayılov deyib.

Onun sözlərinə görə, ilin sonuna kimi Voleybol Akademiyası, Voleybol Regional Mərkəzi və “Azərreyl” klubunun bazası istifadəyə veriləcək: “Hər 3 idman qurğusu regionda möhtəşəmliyi ilə fərqlənəcək. Yeni mərkəz Avropanın 3 nəhəng bazasından biri olacaq. “Azərreyl”in bazası isə 2500 tamaşaçı tutumuna malikdir. Burada həmçinin, 4 mərtəbəli oteli və çimərlik voleybolu üzrə meydançalar da fəaliyyət göstərəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR