Bank Of Baku

Bakı klubları səfərdən qələbə ilə qayıdırlar

Bakı klubları səfərdən qələbə ilə qayıdırlar
# 15 mart 2012 10:29 (UTC +04:00)
Bakı – APA. Qadın voleybolçular arasında “Çelenc Cup”ın yarımfinal mərhələsinin ilk oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, bu mərhələyə yüksələn Azərbaycanın komandalarından “Lokomotiv” və “Bakı” hər ikisi səfərdə oynayıb və layiqli qələbə qazanıblar.

Belə ki, “dəmiryolçular” Belçikanın “Gent” klubuna (27:25, 26:24, 25:21), paytaxtın eyniadlı təmsilçisi isə Almaniyanın “Zuhl” komandasına (26:24, 25:19, 25:17) 3:0 hesabı ilə qalib gəliblər.

Komandalar arasında cavab matçı matın 18-də Bakıda keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR