Bank Of Baku

Azərbaycan yığması “Novruz-2012” turnirində üçüncü qələbəsini qazanıb

Azərbaycan yığması “Novruz-2012” turnirində üçüncü qələbəsini qazanıb
# 19 mart 2012 13:00 (UTC +04:00)
Bakı – APA. Qırğızıstanın Bişkek şəhərində keçirilən kişi basketbolçular arasında “Novruz-2012” beynəlxalq turnirində bu gün III turun oyunları baş tutub. Apasport.az saytının məlumatına görə, yarışın ikiqat qalibi olan Azərbaycan milli komandası Özbəkistan yığması ilə gücünü yoxlayıb.

İlk 2 görüşündə ABŞ-ın AİA və Qazaxıstanın MOİK klubunu məğlub edən Elxan Əliyevin yetirmələrinin bu dəfə də gözlənildiyi kimi qələbə qazanıblar. Onlar hələ də 2 xala həsrət qalan özbəkləri 81:67 hesabı ilə məğlub ediblər.

Qeyd edək ki, hələ komandamız kimi yalnız Rusiyanın “UrFU” klubu bütün görüşlərini qələbə ilə başa vurub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR