Bank Of Baku

Həndbol üzrə Azərbaycan milli komandasının oyununu latviyalı hakimlər idarə edəcək

Həndbol üzrə Azərbaycan milli komandasının oyununu latviyalı hakimlər idarə edəcək
# 24 mart 2012 10:33 (UTC +04:00)
Bakı-APA. Qadın həndbolçular arasında Avro-2012-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Belarus – Azərbaycan matçını idarə edəcək hakimlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, martın 25-də Mogilyovda baş tutacaq oyunda əsas fit sahibi latviyalı Aleksandr Rutkovskis olacaq.

Ona həmyerlisi Uldis Jerve köməklik edəcək.

Qeyd edək ki, yığmamızın Belarusla Bakıda keçirilən görüşündə rəqib 31:21 hesabı ilə qalib gəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR